AZ

Eşli Yanq özünə klub tapdı

“Mançester Yunayted”in sabiq futbolçusu Eşli Yanqın yeni klubu məlum olub.

Futbolpress.az xəbər verir ki, 40 yaşlı cinah oyunçusu “İpsviç”ə keçib. Bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yanqın son klubu “Everton” olub. O, Premyer Liqada ötən mövsümdə 32 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.

Seçilən
51
1
futbolpress.az

2Mənbələr