AZ

Meksika millisinin ən yaxşı bombardiri cəzalandırılıb

Meksika millisinin ən yaxşı bombardiri "Çiçarito" ləqəbli Xavyer Ernandes qadınlar haqqında işlətdiyi ifadələrinə görə cəzalandırılıb.

"Report" xəbər verir ki, Meksika Futbol Federasiyası 37 yaşlı futbolçuya sanksiyalar tətbiq etdiyini açıqlayıb.

Hazırda ölkəsinin "Qvadalaxara" klubunda çıxış edən hücumçuya pul cəriməsi tətbiq olunduğu bildirilib. Bundan əlavə, təkrar pozuntu halında Çiçaritonun daha ciddi cəzalandırılacağı bildirilib.

İngiltərənin "Mançester Yunayted" və İspaniyanın "Real" klublarının formasını geyinmiş futbolçunun sosial şəbəkələrdə qadın və kişi münasibətlərinə dair paylaşdığı video böyük müzakirələrə səbəb olmuşdu. Hətta Meksika prezidenti Klaudiya Şeynbaum da futbolçunu işlətdiyi ifadələrə görə tənqid etmişdi.

Qeyd edək ki, X.Ernandes 2024-cü ildən "Qvadalxara"nın formasını geyinir.

Seçilən
19
1
report.az

2Mənbələr