AZ

Rusiya: Zelenski Putinlə görüşü zarafata çevirir

Ajans.az xəbər verir ki, bu barədə senator “Lenta.ru”ya açıqlamasında bildirib. “Ali səviyyədə görüşə gəlincə, bizim nümayəndə heyətimizin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski tam aydın şəkildə bildirib ki, bu cür görüş yalnız yekun mərhələdə baş tuta bilər. Yəni iki lider görüşürsə, bu, onların hansısa sülh sazişinə imza atmağa hazır olduqlarını göstərməlidir. Zelenski isə bu prosesi KVN oyununa, kapitanlar yarışına bənzədir”, – deyə Jabarov qeyd edib. Senatorun sözlərinə görə, Ukrayna prezidenti bu yolla guya sülhə hazır olduğunu nümayiş etdirmək istəyir.

“Bu, onun üçün yalnız nümayişdir – həm öz vətəndaşlarının, həm də Qərb liderlərinin gözünü yayındırmağa hesablanıb. Məncə, bu yanaşma hazırda qəbuledilməzdir”, – deyə Jabarov əlavə edib.

Seçilən
86
Ajans.az

1Mənbələr