İstanbulda əldə edilmiş Rusiya-Ukrayna razılaşmalarına əsasən, bir qrup rus hərbi əsiri Kiyevin nəzarətində olan ərazidən geri qaytarılıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, mübadilə müqabilində Ukrayna Silahlı Qüvvələrindən hərbi əsirlər təhvil verilib.
Ümumilikdə, hər iki tərəfdən 250 nəfər əsir qarşılıqlı olaraq dəyişdirilib.
Hərbi idarədən bildirilib ki, hərbi qulluqçulara lazımi psixoloji və tibbi yardım göstəriləcək və müalicə və reabilitasiya üçün Rusiya ərazisinə aparılacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta