AZ

48 nəfərin ölümünə pilot səbəbkar olub?

"Qəzanın ilkin səbəbi pis hava şəraiti ilə əlaqədar zəif görmə səbəbindən pilotun səhvi ola bilər".

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mediası məlumat dərc edib. 

Bildirilir ki,  An-24-ün komandiri, irkutskdan olan 61 yaşlı Vyaçeslav Loqvinov olub. İkinci pilot isə Kirill Plaksindir. 

Enişi kimin həyata keçirdiyi hələlik məlum deyil. Araşdırmalar davam edir. 

Xatırladaq ki, Amur vilayətində qəzaya uğrayan An-24 təyyarəsində olan 48 nəfərin hamısı ölüb.

Gülayə Mecid 

Seçilən
9
1
unikal.az

2Mənbələr