AZ

“Sabah” və “Araz Naxçıvan”ın oyunlarına necə baxaq?

Azərbaycan klubları – “Sabah” və “Araz Naxçıvan” bu gün UEFA Konfrans Liqasının II təsnifat oyununda ilk matçına çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, təmsilçilərimizin oyunlarını canlı yayımlanacaq. Azarkeşlər Naxçıvan klubunun görüşünü “CBC Sport” kanalı vasitəsilə izləyə biləcəklər.

“Sabah”ın matçı isə iki telekanaldan canlı yayımlanacaq. Azərbaycanın İTV və Moldovanın “Moldova 1” kanalları görüşü izləyiciləri üçün canlı təqdim edəcək.

Xatırladaq ki, “Araz Naxçıvan” – “Aris” oyunu saat 20:00-da, “Petokub” – “Sabah” qarşılaşması isə 21:00-da start götürəcək.

 

Seçilən
122
idmanxeber.az

1Mənbələr