AZ

Qadınların startap layihələrində iştirakı bərabərlik baxımından çox vacibdir - Bahar Muradova

Bakı.Trend:

Qadınların startap layihələrində iştirakı bərabərlik baxımındançox vacibdir.

Trend xəbərverir ki, bunu “İKT-də Qadınlar” layihəsi çərçivəsində “RəqəmsalSahibkarlıq” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimindəAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri BaharMuradova deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti fəaliyyətinin bütünistiqamətlərində insan yönümlü siyasət yürüdür:

"Azərbaycan vətəndaşlarının bugünkü imkanlardan daha yaxşıistifadə etməsi üçün çətinlikləri aradan qaldırmaq, eyni zamanda,yeni texnologiyaların yaratdığı imkanlardan bərabər istifadənitəmin etmək zəruridir.

Bugünkü layihə də məhz bu hədəflərə yönəlib. Azərbaycaniqtisadi, siyasi, sosial həyatında bütün vətəndaşların roluvardır".

B.Muradova qeyd edib ki, indiyə qədər İKT sahəsində bir sıralayihələr icra edilib:

"Bu sahədə daha çox uşaqlar və gənclərin startap layihələrinitəqdim etməsi üçün imkan yaradılıb. Bizim artıq çox yaxşınəticələrimiz var. Amma qadınların bu prosesdə iştirakı bərabərlikbaxımından çox vacibdir. Cəmiyyətə, xalqa töhfə verməsi üçün beləlayihələrin icrası vacibdir. Süni intellektin insan əməyini əvəzetdiyi dövrdə biz insanların texnologiyalara əlçatanlığının təminedilməsinə çalışmalıyıq. Qadınların bu sahəyə çox böyük marağı var.Qadınlarən rolu kiçik və orta sahibkarlıqda artır".

"Ümumiyyətlə qadınlar dünyada elm və texnologiya sahəsində 28faiz, rəqəmsal texnologiyalar sahəsində isə 22 faiz yer tuturlar.Azərbaycanda isə qadınlar İKT sahəsində 30 faiz yerə malikdir. Burəqəmlər bizi sövq edir ki, belə layihələri icra edək", -Komitəsədri qeyd edib.

Komitə sədri deyib ki, layihəyə 44 subyekt layihə təqdimedib:

"Layihələr cəmi 17 günə təqdim olunub. Bu 44 nəfəri qalib hesabedirəm. Burada finala çıxan 11 layihəyə baxılıb, üç nəfər qalibdir.Amma 11 nəfərin layihələrinə diqqət olunmalıdır. Bu məsələAzərbaycan dövlətinin diqqətindədir".

Seçilən
64
az.trend.az

1Mənbələr