"Bizim üçün xüsusi qürurverici haldır ki, qadınlar texnologiya sahəsində təşəbbüs göstərir və iştirak edir. Qadınların startap layihələrində daha uğurlu olduğu müşahidə olunur."
Teleqraf xəbər verir ki, bu sözləri Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bildirib.
O vurğulayıb ki, son illərdə bu sahədə qadınların fəallığı artıb
“Təqaüd proqramları çərçivəsində 4 minə yaxın qadın İKT sahəsində təhsil və təcrübə imkanı qazanıb. Son 4 ilin məlumatları göstərir ki, Azərbaycanda qadınların sayı və rolu bu sektorda getdikcə artır. İnformasiya təhlükəsizliyi sahəsində də qadınların iştirakı üzrə göstəricilər kəskin yüksəlib. Ölkədə kibertəhlükəsizlik sahəsinə maraq artmaqda davam edir”.
Nazir müavini qeyd edib ki, rəqəmsallaşma sosial ədalətin və gender bərabərliyinin təmin olunmasında həlledici rol oynayır:
“Ölkənin innovasiya qabiliyyəti bir neçə ildir ki, stabil olaraq qalır. Bu halla biz 113 ölkə arasında 57-ci yerdəyik. Biz xanımlarımızı İKT innovasiya sahələrində iştirakına çağırmalı və təmin etməliyik".