AZ

Daha bir futbolçumuz Qırğızıstan klubunda

Daha bir azərbaycanlı futbolçu karyerasını Qırğızıstanda davam etdirəcək.

Msport.az xəbər verir ki, “Turan Tovuz”dan ayrılan Orxan Əliyev həmin ölkəyə yollanıb.

Forvard yüksək liqa klubu “Ozgon”la anlaşıb. Əliyev yeni komandası ilə 1 illik müqavilə imzalayıb. “Ozgon” U-21 yığmamızın sabiq üzvü Dmitri Nağıyevlə də müqavilə imzalayıb. Komanda yüksək liqada 14 komanda arasında 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, bu yay Mirabdulla Abbasov və İlkin Muradov da Qırğızıstana yollanıb.

Seçilən
82
msport.az

1Mənbələr