AZ

Bahar Muradova: Azərbaycanda qadınlar İKT sahəsində 30 faiz yerə malikdir

BAKI, 24 iyul. TELEQRAF

"Azərbaycanın bütün sərvətləri insan kapitalına yönəldiyi kimi bu layihə də həmin hədəflərə istiqamətlənib. Bizim həfəfimiz insanların hər birinin - qadın, kişi və uşaqların qorunmasına nail olmaqdır”.

Teleqraf xəbər verir ki, bunu “İKT-də Qadınlar” layihəsi çərçivəsində “Rəqəmsal Sahibkarlıq” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimində Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O bildirib ki, İKT sahəsində bir çox layihələr icra olunub:

“Azərbaycan iqtisadi-siyasi, sosial həyatında bütün vətəndaşların rolu var. Komitə olaraq dəyərlərimizin qorunmasına çalışırıq. Uşaq və gənclərin inkişafı üçün birgə layihələr keçiririk. Azərbaycanda qadınlar İKT sahəsində 30 faiz yerə malikdir. Onların 15 faiz bunu əməyə çevirə bilirlər. Bu rəqəmlər bizə belə layihələri icra edilməsini zəruri edir”, - sədr qeyd edib.

Seçilən
62
teleqraf.com

1Mənbələr