2022-ci ilin fevral ayından bəri Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) Ukraynadakı döyüşlər nəticəsində itkin düşən şəxslərlə bağlı ailələrdən 134 min müraciət daxil olub. Onlardan yalnız 14,200 nəfərin taleyini müəyyən etmək mümkün olub.
Bu barədə News24.az xarici KİV-ə istinadən xəbər verir.
BQXK-nın Rusiya və Belarusdakı nümayəndə heyətinin rəhbəri Boris Mişelin “Vedomosti”yə verdiyi məlumata görə, bu müraciətlər hərbi, mülki və uşaqlarla bağlı olub. O qeyd edib ki, faktiki olaraq itkin düşənlərin sayı daha çox ola bilər.
Təkcə 2025-ci ilin birinci yarısında Donetsk və Luqansk bölgələrindən 1,073 yeni müraciət daxil olub.
Xeyrənsə Piriyeva