PSJ-nin baş məşqçisi Luis Enrike hücumçu Randal Kolo Muanini əvəzedici komanda ilə məşqə göndərib.
İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı fransalı baş məşqçinin gələcək planlarına daxil deyil. PSJ futbolçunu satmağı düşünür.
“Yuventus” daha əvvəl onunla müqaviləni uzatmaq niyyətində olduğunu bildirib.
2025-ci ilin yanvarından Kolo Muani icarə əsasında Turin klubunda çıxış edir. O, 22 matçda 10 qol vurub, 3 məhsuldar ötürmə edib. Onun PSJ ilə müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.