"Qarabağ" və "Zirə" ötən gün cari mövsüm avrokuboklarda ilk oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, Ağdam təsmilçisi İrlandiya səfərindən inamlı qələbə ilə qayıdıb - 3;0.
"Qartallar" isə ilk görüşdə "Hayduk"la heç-heçə edib - 1:1.
Bu nəticələrdən sonra Azərbaycanın cari mövsüm qazandığı reytinq xallarının sayı 0.500 olub.
Qeyd edək ki, hər qələbəyə 0.250, heç-heçəyə isə 0.125 verilir.
Bu nəticələr Azərbaycanın reytinqdəki yerini dəyişməyib. Hazırda ölkəmizin əmsalı 17.625-ə bərabərdir və 29-cu yerdəyik. Bizdən öndə olan Ukraynanın 18.225 xalı var.
Əlavə edək ki, bu gün daha iki təmsilçimiz Konfrans Liqasının II təsnifat mərhələsində mübarizə aparacaq. "Araz-Naxçıvan" evdə "Aris"lə, "Sabah" isə səfərdə "Petrokub"la münasibətlərinə aydınlıq gətirəcək.