Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Azərbaycanın U-21 millisinin sabiq üzvü Orxan Əliyevin yeni klubu bəlli olub.
Bu barədə QOL.az-a 29 yaşlı hücumçu özü məlumat verib.
O, Qırğızıstanın "Ozgon" klubu ilə 6 aylıq müqavilə bağladığını bildirib.
Qırğızıstan Premyer Liqasında çıxış edən klub hazırda 13 turdan sonra 14 komanda arasında 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, bu yay azərbaycanlı futbolçulardan Mirabdulla Abbasov və İlkin Muradov Qırğızıstanın "Abdış-Ata" klubuna keçib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.