Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Yerli mediada yayılan xəbərlərə görə, Quba Olimpiya Kompleksinin rəsmiləri yeni mövsümdən etibarən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "İmişli" klubundan hər oyun üçün iki min AZN tələb edirlər.
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən "İmişli" klubunun icraçı direktoru Aqşin Mürsəlov bildirib ki, bu xəbər həqiqəti əks etdirmir.

"Açığı bu məsələdən bizim xəbərimiz yoxdur. Hələ Peşəkar Futbol Liqası (PFL) tərəfindən stadiona baxış keçiriləcək. Bizim Quba Olimpiya Kompleksində oynayıb-oynamayacağımız həftənin sonunda bəlli olacaq", - deyə A.Mürsəlov bildirib.
Qeyd edək ki, bölgə təmsilçilərindən "Turan Tovuz" mövsümün yarısını "Azərsun Arena"da, "Karvan" Şamaxı şəhər stadionunda, "Kəpəz" isə Qəbələdə keçirəcək.
Anar Həsənov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.