"Qarabağ"ın futbolçuları Dani Bolt və Leandro Andrade zədələniblər.
Sportinfo.az xəbər verir ki, 25 yaşlı müdafiəçi və 25 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasını 2-ci təsniat mərhələsinin "Şelburn"la ilk oyununda sıradan çıxıblar.
Onlar görüşün 75-ci dəqiqəsində zədələniblər.
Bolt Abbas Hüseynovla, Andrade isə Aleksey Kaşukla əvəzlənib.
Andrade sözügedən matçda qol vurmağı bacarıb. O, 11-ci dəqiqədə fərqlənib.