ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı Senatla əlaqə saxlayır, lakin qərarları şəxsən qəbul etmək istəyir.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karoline Levitt iyulun 23-də brifinq zamanı bildirib.
"Prezident bu məsələ ilə bağlı Senatdakı dostları, xüsusən də senator Lindsi Qremlə mütəmadi söhbət edir. Lakin Tramp həmişə bildirib ki, baş komandan və prezidentdir, məsələ ilə bağlı daim ciddi maraqlanıb”, - Ağ Evin mətbuat katibi bildirib.
Levitt qeyd edib ki, Tramp sanksiyalarla bağlı istənilən qərarı özündə saxlamaq istəyir.