AZ

“Neftçi” 500 min avro ödəməyə hazır olub: baş tutmayın keçidin təfərrüatları EKSKLÜZİV

ain.az bildirir, sport24.az portalına istinadən.

Rumıniyanın "Dinamo" klubunun futbolçusu Kennedi Boatenqin "Neftçi"yə keçidinin baş tutmamasının təfərrüatları bəlli olub. Sport24.az bu barədə "ağ-qaralar"a yaxın olan mənbədən məlumat əldə edib. İlk növbədə 28 yaşlı müdafiəçinin yüksək maliyyə şərtləri transferə mane olub. Bundan əlavə, Buxarest təmsilçisi də toqolu oyunçunu buraxmaq istəməyib. Hətta "Neftçi"nin Boatenq üçün ödəmək istədiyi məbləğ də bəlli idi. Bakılılar afrikalı futbolçuya görə qarşı tərəfə 500 min avro verməyə hazır olub. Razılaşma əldə olunsaydı, müdafiəçinin maaşı da təxminən bu məbləği əhatə edəcəkdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
74
1
sport24.az

2Mənbələr