AZ

Qubada ehsan süfrələri tam LƏĞV olunmayıb – Anar Eyyubov

Quba rayonunda ehsan süfrələri hələlik tam ləğv olunmayıb, sadəcə yas sahiblərinə yüngülləşdirmə təklif olunub.

Bu barədə Ağ məscidin imamı Anar Eyyubov Bizim.Media-ya danışıb. İmam bildirib ki, rayon əhalisinə təklif olunub ki, yas məclislərində ehsan süfrələri yalnız çay süfrəsindən ibarət olsun, dəbdəbəli yemək süfrələri ləğv olunsun.

“Bu, əhalinin ölüsü düşən kasıb təbəqəsi üçün də yaxşı və rahat olar”, -deyə Anar Eyyubov vurğulayıb.

Onun sözlərinə görə bu barədə Quba camaatı arasında da geniş təbliğat işləri aparılacaq.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
83
bizim.media

1Mənbələr