AZ

SOFAZ-ın İtaliyadakı yeni investisiyası – Tərəfdaşlığın karbohidrogenlərdən dayanıqlı energetikaya keçidi (VİDEO)

Bakı. Trend:

İyulun 18-də Romada Azərbaycan Respublikasının Dövlət Neft Fondu(SOFAZ) ilə “Enfinity Global” şirkəti arasında sövdələşməninbağlanması mərasimi keçirilib. Tədbirdə İtaliya hökumətininnümayəndələri, diplomatlar və media təmsilçiləri iştirak ediblər.Mərasimdə SOFAZ-ın icraçı direktoru İsrafil Məmmədov, “EnfinityGlobal”ın Avropa üzrə rəhbəri Xulio Furnye Fisas və İtaliyanınSahibkarlıq və “Made in Italy” proqramı üzrə NazirliyininBazarların Müdafiəsi Departamentinin direktoru Amedeo Teti iştirakediblər.

Sövdələşmə çərçivəsində SOFAZ “Enfinity Global” şirkətinə məxsusümumi gücü 402 MVt olan günəş elektrik stansiyaları portfelinin 49faizini əldə edib. Şirkət isə 51 faizlik nəzarət payını saxlayaraqaktivlərin uzunmüddətli idarəçiliyini davam etdirəcək.

İnvestisiya portfeli Latsio və Emilia-Romanya bölgələrindəyerləşən, həm istismarda olan, həm də inşaat mərhələsində olan 14günəş elektrik stansiyasını əhatə edir. İstehsal edilən bütünelektrik enerjisi uzunmüddətli elektrik enerjisinin alqı-satqısımüqavilələri (PPA) əsasında satılacaq ki, bu da istehlakçılar üçüntariflərin sabitliyini, investorlar üçün isə proqnozlaşdırılan pulaxınlarını təmin edəcək.

İllik enerji istehsalının təxminən 685 milyon kilovatt-saattəşkil edəcəyi və bunun hər il təqribən 184 950 ton CO₂emissiyasının qarşısını almağa, həmçinin, təqribən 250 min İtaliyaailəsini enerji ilə təmin etməyə imkan verəcəyi gözlənilir. Buinvestisiya SOFAZ-ın uzunmüddətli investor kimi stratejihədəflərinə cavab verir və Avropada coğrafi şaxələndirməni təminedir, inflyasiyaya indeksləşdirilmiş sabit gəlir mənbəyi yaradır vəqlobal enerji keçidinə töhfə verir.

Karbohidrogenlərdən elektronlara doğru

Onilliklər boyunca Azərbaycan və İtaliya arasında əməkdaşlıqneft-qaz sektoru, boru kəməri infrastrukturu və enerjitəhlükəsizliyi məsələləri ətrafında qurulub. SOFAZ-ın bu yeniinvestisiyası tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə –karbohidrogenlərdən davamlı enerjiyə, molekullardan elektronlarakeçdiyini nümayiş etdirir.

Layihə İtaliyanın artan tələbatını ödəmək üçün rəqabətə davamlıvə təmiz enerji ilə təmin olunmasına, yerli iqtisadi inkişafın vəəhalinin enerji təhlükəsizliyinin dəstəklənməsinə, habeləİtaliyanın karbonsuzlaşdırma üzrə milli prioritetlərinə və qalıqresurslarının idxalından asılılığın azaldılması, bərpa olunanenerji mənbələrinə keçidin sürətləndirilməsi məqsədi daşıyanümumavropa “REPowerEU” planına uyğundur.

İtaliya SOFAZ-ın əsas investisiya bazarlarındanbiridir

İtaliya SOFAZ-ın portfelində ən çox investisiya qoyduğu ölkələrarasında dördüncü yerdə gəlir. Fondun bu ölkəyə yatırdığı ümumiinvestisiyaların həcmi 3 milyard ABŞ dollarını ötür və bu, həmənənəvi maliyyə alətlərinə, həm də alternativ aktivlərə –infrastruktur, daşınmaz əmlak və özəl səhmlərə yönəlmiş yatırımlarıehtiva edir.

Belə ki, bu ilin fevralında SOFAZ “BlackRock”a məxsus olan“Global Infrastructure Partners” (GIP) tərəfindən idarə olunaninvestisiya fondu vasitəsilə İtaliyanın aparıcı sürətli qataroperatoru “Italo – Nuovo Trasporto Viaggiatori S.p.A” (Italo)şirkətinə 34,5 milyon avro həcmində sərmayə yatırıb.

"Italo” şirkəti 2012-ci ildə təsis olunaraq İtaliyada ilk özəlyüksək sürətli sərnişin dəmir yolu operatoru olub və bu sahədəaparıcı mövqe tutur. “Italo”nun parkında 25 ədəd AGV 575 və 26 ədəd“Italo EVO” qatarı mövcuddur. Bu qatarlar saatda 360 km-ə qədərsürət yığa bilir və Milan–Roma strateji dəhlizi də daxil olmaqla,İtaliyanın 54 şəhərini əhatə edən marşrutlarda fəaliyyətgöstərir.

2024-cü ildə qlobal nəqliyyat və logistika nəhəngi MSC şirkətiGIP-dən “Italo”nun təxminən 50% səhmlərini alıb. Qalan 50% isəGIP-ə, onunla ortaq investor və fondlara məxsusdur; bu fondlararasında SOFAZ da var. “Italo” yüksək əməliyyat göstəricilərinə vədavamlı nəqliyyat həllərinə artan tələbat fonunda ciddi inkişafpotensialına malikdir. SOFAZ-ın bu investisiyası isə portfelinşaxələndirilməsi və uzunmüddətli infrastruktur aktivlərinə sərmayəqoyuluşu baxımından strateji əhəmiyyət daşıyır.

ESG-yönümlü strategiya

SOFAZ tükənə bilən təbii ehtiyatlardan əldə edilən gəlirlərintoplanması və bu gəlirlərin hazırkı və gələcək nəsillər üçündayanıqlı mənbəyə çevrilməsi missiyası ilə yaradılıb. 2024-cü ildəFond 25 illiyini qeyd edib və hazırda 66 milyard ABŞ dollarındanartıq aktiv idarə edir ki, bu da ölkənin ÜDM-nin 90 faizindənçoxdur. 2024-cü ildə investisiya portfelinin gəlirliliyi 6% təşkiledib.

Uzunmüddətli institusional investor prinsiplərinə əsaslanaraqSOFAZ yüksək diversifikasiyalı portfellə, dayanıqlı və çevikinvestisiya strategiyası həyata keçirir. Portfel 50-dən çox ölkənivə bütün əsas maliyyə aktivləri siniflərini ehtiva edir. Fondqlobal makroiqtisadi meylləri – enerji keçidi, rəqəmsallaşma,nəqliyyat və logistika sahələrinin inkişafını yaxından izləyir vəbirbaşa və ortaq strateji investisiya imkanlarını qiymətləndirməyədavam edir.

2024-cü ildə SOFAZ ESG prinsiplərinin ilkin inteqrasiyasımərhələsindən keçərək ESG-yə əsaslanan aktiv yanaşmaya keçid edib.Birbaşa aktivlər və daşınmaz əmlaka dair bütün yeni investisiyalarüçün vahid ESG due diligence (etibarlılıq yoxlaması)metodologiyası tətbiq olunub. Bu metodologiya dörd əsas istiqamətiəhatə edir: şirkət quruluşu, strategiya, qarşılıqlı əlaqə və risksəviyyəsi. Belə yanaşma fond menecerlərinin və şirkətlərin ESGstrategiyalarının dərin təhlilini təmin edir və potensial risklərinminimuma endirilməsinə kömək edir.

2023-cü ilin nəticələrinə əsasən, SOFAZ-ın istiqraz və səhmlərportfelində karbon emissiyası səviyyəsi müvafiq göstərici iləmüqayisədə daha aşağı olub. Bundan əlavə, səhmlər portfelinə daxilolan şirkətlərin 61%-i gender bərabərliyinin, 36%-i iqtisadiinkişafın, 35%-i isə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləriçərçivəsində iqlim dəyişikliyi ilə mübarizənin təşviqinə töhfəverib.

Birbaşa investisiya portfelində şəffaflıq səviyyəsi 72%-ə (ortabazar göstəricisi – 9%), daşınmaz əmlak üzrə isə 73%-ə (orta bazarsəviyyəsi – 11%) çatıb. Bu, Fondun aktivlərinin yüksək keyfiyyətləidarə olunduğunu göstərir.

SOFAZ, həmçinin, ictimai səhmlər portfelində proksi səsvermə(proxy voting) sistemini tətbiq edib. Bu sistem 18 ölkədəkeçirilmiş 86 səhmdar toplantılarında 671 məsələ üzrə səsverməyəimkan yaradıb. Müzakirə olunan məsələlər ekoloji, sosialtəşəbbüslər və korporativ idarəetmə ilə bağlı olub. Bu isə SOFAZ-ınaktiv və məsuliyyətli səhmdar kimi rolunu gücləndirərək,investisiya etdiyi şirkətlərin korporativ idarəetmə keyfiyyətininvə ESG hədəflərinin reallaşmasının dəstəklənməsinə şəraityaradır.

SOFAZ-ın İtaliyada günəş enerjisinə və yüksək sürətli dəmiryollarına (“Italo” vasitəsilə) yatırdığı investisiyalar Fondundavamlı, yüksək gəlirli və şaxələndirilmiş aktivlərə yönələnstrateji transformasiyasını nümayiş etdirir. Bu addımlarAzərbaycanın maliyyə sabitliyini möhkəmləndirir, Avropanın enerjikeçidini dəstəkləyir, ikitərəfli iqtisadi tərəfdaşlığıdərinləşdirir və SOFAZ-ın əsas missiyasının – milli sərvətingələcək nəsillər üçün artırılmasının – həyata keçirilməsinə xidmətedir.

Məqalədə:
Seçilən
57
3
az.trend.az

4Mənbələr