AZ

Həkim sirrini təşkil edən məlumatlar nə zaman başqa tərəfə deyilə bilər?

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Bəzən xəstələnən vətəndaş xəstəliyi barədə məlumatın başqaları tərəfindən bilinməyini istəmir.

Bu, hətta qanunla da tənzimlənir.

Ancaq maraqlıdır, həkim hansı hallarda xəstənin vəziyyəti barədə qarşı tərəfə məlumat verə bilər?

Bu barədə hüquqşünas Rəşad Səfərov Gununsesi.info-ya danışıb.

O, həkimin hansı hallarda sirri ötürə biləcəyini deyib:

“Həkim sirri təşkil edilən məlumatlar bir neçə halda qarşı tərəfə ötürülə bilər. Məsələn, vətəndaş öz vəziyyətini izah edə bilmək qabiliyyətinə malik ola bilmədikdə, yoluxucu xəstəliklərin yayılması təhlükəsi olduqda, yetkinlik yaşına çatmayan uşaqların valideynlərinə məlumat vermək məqsədi ilə, istintaq və təhqiqat orqanlarının, prokuror və məhkəmənin sorğusu ilə, nəhayət, həqiqi hərbi xidmətə çağırışın və səfərbərliyin təmin olunması məqsədi ilə müvafiq icra hakimiyyətinin sorğusu ilə”.

Afət

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
icma.az

1Mənbələr