Bu gün “Sabah” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk matçına çıxacaq.
Tribunainfo.az xəbər verir ki, Bakı təmsilçisi səfərdə Moldovanın “Petrokub” klubunun qonağı olacaq.
Qarşılaşma Kişineudakı “Zimbru” stadionunda, Bakı vaxtı ilə saat 21.00-da başlayacaq. Görüşü israilli referi Qal Leyboviç idarə edəcək.
Qeyd edək ki, görüşü iyulun 31-də keçiriləcək.
Konfrans Liqası
II təsnifat mərhələsi
İlk oyun
24 iyul
21.00 Petrokub (Moldova) – Sabah (Azərbaycan)
Baş hakim: Qal Leyboviç (İsrail).
Kişineu, “Zimbru” stadionu.