İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ABŞ Dövlət katibi Marko Rubio ilə telefon danışığında İraq-Türkiyə boru kəməri ilə neft ixracının bərpasının vacibliyini vurğulayıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sudaninin sözlərinə görə, İraqın neft varlıqları son zamanlar hücumlara məruz qalır.
O, bu hücumların ABŞ şirkətləri ilə imzalanan müqavilələrlə eyni vaxta düşməsinin təsadüfi olmadığını deyib.
Baş nazir həmçinin Kürd Regional Rəhbərliyinin (KRG) neft və qeyri-neft gəlirlərini mərkəzi xəzinəyə yönəltməsinin federal və regional hökumətlər arasında maliyyə və hüquqi maneləri azaltdığını qeyd edib.