AZ

Şimali Kiprdə isti hava səbəbindən işləmək qadağan edilib

Şimali Kiprdə həddindən artıq istilər səbəbindən 24-27 iyul tarixləri arasında saat 12:00-dan 16:00-a qədər açıq havada davamlı iş qadağan edilib.

Editor.az xəbər verir ki, ölkənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kənd təsərrüfatı və tikinti sektorundakı işəgötürənlərin qadağaya riayət etməklə iş saatlarını tənzimləyə biləcəyini açıqlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu qərarın Meteorologiya Departamentinin temperatur proqnozları və əməyin mühafizəsi problemləri əsasında qəbul edildiyini açıqlayıb. Bildirilib ki, kənd təsərrüfatı və tikinti sektorunda çalışan işəgötürənlər qadağaya riayət etməklə iş saatlarını tənzimləyə bilərlər.

İşə tez başlama çərçivəsində tikinti materiallarının və tikinti texnikasının daşınmasına icazə verilib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
68
editor.az

1Mənbələr