AZ

Yelo Bank-ın kredit portfeli 1 mlrd. manata yaxınlaşıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Yelo Bank-ın xalis mənfəəti 2025-ci ilin birinci yarısında 19 milyon 702 min manat təşkil edib. 

Banco.az bankın maliyyə hesabatına istifadən xəbər verir ki, 2025-ci ilin birinci yarısının (yanvar-iyun ayları) sonunda bankın cəmi aktivləri 1 milyard 323 milyon 684 min manat olub.

Bankın aktivləri 2024-cü ilin sonu ilə müqayisədə 44 milyon 47 min manat və ya 3,4% artıb.

Hesabat dövründə bankın kredit portfeli də böyüyüb. 2024-cü ilin sonu ilə müqayisədə Yelo Bank-ın ümumi kredit portfeli 60 milyon 141 min manat və ya 6,4% artaraq 995 milyon 230 min manat təşkil edib. 

Qeyd edək ki, 2025-ci ilin mart ayının sonuna Bankın əmanət portfeli 948 mln. 384 min manat olub. Depozit porfelində isə bu ilin əvvəli ilə müqayisədə 19 milyon 610 min manat və ya 2,1% artım qeydə alınıb. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
66
1
banco.az

2Mənbələr