Bakı, 24 iyul, AZƏRTAC
Futbol üzrə qadınlar arasında Avropa çempionatının son finalçısı bəlli olub.
AZƏRTAC xəbər verir ki, yarımfinalda Almaniyanı əlavə vaxta məğlub edən (1:0) İspaniya seçməsi finala adını yazdırıb. Onların həlledici oyundakı rəqibi İngiltərə yığması olacaq.
Final iyulun 27-də təşkil olunacaq.
Qeyd edək ki, turniri ən çox qazanan komanda Almaniya millisidir – 8 dəfə.