AZ

İstanbul nəhəngi özbəkistanlı istedadı transfer edir

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Moskvanın ÇSKA klubu və Özbəkistan millisinin hücumçusu Abbosbek Fayzullaev Türkiyənin "İstanbul Başakşehir" klubu ilə müqavilə imzalayıb.

Bu barədə Oxu.Az rusiyalı insayder İvan Karpovun "Telegram" kanalına istinadən məlumat verir.

Mənbənin xəbərinə görə, müqavilə "3+1" sxemini nəzərdə tutur. Forvard tibbi müayinədən uğurla keçib və İstanbulda transferin tamamlanmasını gözləyir.

Fayzullaev 2023-cü ilin avqustunda Daşkənd "Paxtakor"undan ÇSKA-ya keçib. Ötən mövsüm 21 yaşlı futbolçu moskvalıların heyətində 39 oyun keçirib, 3 qol vurub və 8 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
1
oxu.az

2Mənbələr