AZ

Alimlər qan xərçənginə səbəb olan virusun müalicəsini tapıb

İİV-in müalicəsi üçün nəzərdə tutulan tenofovir və dolutegravir dərmanları qan xərçənginə səbəb ola biləcək az tanınan HTLV-1 virusunun ötürülməsini effektiv şəkildə boğur...

 

Poliqon xəbər verir ki, bunu Cell jurnalında dərc olunan araşdırma göstərib.

Təcrübədə immun sistemi insan hüceyrələrindən götürülən "insanlaşmış" siçanlardan istifadə edilib. İki dərmanla müalicə kursundan sonra virus T hüceyrələrinin daxilində fəaliyyətini praktiki olaraq dayandırıb.

Alimlərin fikrincə, HTLV-1 İİV-in "qohumu" hesab edilə bilər, çünki o, immun sisteminin eyni hüceyrələrinə təsir göstərir. Virus uzun illər bədəndə qala bilər, tədricən ağır nəticələrə, o cümlədən T-hüceyrəli leykemiyaya (qan xərçənginin bir növü) və onurğa beyninin xroniki iltihabına səbəb olur.

Qeyd olunur ki, indiyədək HTLV-1-in inkişafını ləngidə və ya dayandıra bilən peyvənd və ya effektiv terapiya mövcud deyildi.

Araşdırma zamanı tədqiqatçılar yeni yanaşmanı da sınaqdan keçiriblər: virusa yoluxmuş hüceyrələrin sağ qalmasına cavabdeh olan MCL-1 zülalının blokerləri ilə antiviral dərmanların kombinasiyası. Bu birləşmə yoluxmuş hüceyrələri sağlam olanlara təsir etmədən seçici şəkildə məhv etməyə imkan verib.

"Bu, təkcə HTLV-1-in qarşısının alınmasına deyil, həm də artıq yoluxmuş xəstələrin mümkün sağalmasına ümid verir", deyə tədqiqatın müəllifləri yekunlaşdırıblar.

Poliqon.info

 

Seçilən
73
poliqon.info

1Mənbələr