BAKI, 23 iyul. TELEQRAF
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialının 2023-2024-cü tədris ili üzrə məzunlarına diplomları verilib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq UNEC-dən məlumat verilib.
Bildirilib ki, 73 məzuna diplomların verilməsinə başlanılıb.
Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialının 2023-2024-cü tədris ili üzrə məzunları diplom ala bilməməsi ciddi narazılıq yaratmışdı.