AZ

Suriya Səudiyyə arasında 6 milyard dollarlıq müqavilələr imzalanacaq

BAKI,TurkicWorld

Suriya İnformasiya naziri Həmzə Mustafa Suriya və Səudiyyə Ərəbistanı arasında 6 milyard dollarlıq müqavilələr imzalanacaq.

TurkicWorld xəbər verir ki, Suriya İnformasiya naziri Həmzə Mustafa Dəməşqdə Səudiyyə Ərəbistanı ilə ümumi dəyəri 6 milyard dollar olan 44 iqtisadi saziş və Anlaşma Memorandumunun imzalanacağını açıqlayıb.

Nazir Səudiyyə Ərəbistanına Suriyaya verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş Nazir Məhəmməd bin Salman bin Əbdüləzizin göstərişi ilə çərşənbə günü Səudiyyənin investisiya naziri mühəndis Xalid əl-Falihin rəhbərliyi ilə yüksək səviyyəli nümayəndə heyəti Dəməşqə səfər edib. Nümayəndə heyətinə dövlət və özəl sektorun nümayəndələri, ümumilikdə 120-dən çox investor daxil olub. Səfərin məqsədi qarşılıqlı investisiya imkanlarını araşdırmaq, ikitərəfli anlaşmaları asanlaşdırmaq və investorlar qarşısındakı maneələri aradan qaldırmaqdır.

Həmzə Mustafa Suriya-Səudiyyə Ərəbistanı İnvestisiya Forumunun ərəfəsində keçirilən mətbuat konfransında bildirib ki, imzalanacaq müqavilələr nəticəsində ölkədə 50 min birbaşa iş yeri açılacaq.

Nazir əlavə edib ki, Suriya sanksiyaların tamamilə qaldırılmasını gözləyir.

Seçilən
35
turkic.world

1Mənbələr