Bakı. Trend:
Neftçalada həyat yoldaşını və qayınatasını bıçaqlayan kişisaxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvanregional qrupundan Trend-in sorğusuna cavab olaraq məlumat verilib.
Bildirilib ki, faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisə rayonun Xıllı qəsəbəsində qeydə alınıb.Bağırov Fərid Məqsəd oğlu qayınatası Əhmədov Hüseyn Təvəkkül oğlunaqəsəbədə yerləşən parkda, daha sonra arvadı Bağırova Əfsanə Hüseynqızının yaşadığı evdə ona xəsarət yetirib.