AZ

Dövlət Agentliyindən sabit tarifin tətbiqi ilə bağlı AÇIQLAMA

Bakı. Trend:

Sabit tarif xərc əsaslı tarif elementlərindən biridir.İstehlakçılar üçün əlavə maliyyə yükü deyil, mövcud istehlaktarifinin sabit xərclərlə bağlı hissəsidir. Yəni, sabit tarifintətbiqi nəticəsində tarifdən yığılan ümumi pul həcminin artımı başvermir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Enerji MəsələləriniTənzimləmə Agentliyindən məlumat verilib.

Agentlikdən bildirilib ki, yaşamadıqları evdə elektrik enerjisisistemi qurulan vətəndaşlar cüzi də olsa, ödəniş etməliolacaqlar:

“Çünki hazırda bu tipli evlərlə bağlı faktiki sabit xərcləristehlak tarifi vasitəsilə digər vətəndaşlar tərəfindən ödənilirki, bu da qiymətqoyma baxımından ədalətli yanaşma deyil”.

Məlumatda vurğulanıb ki, elektrik enerjisini normativ səviyyədəistehlak edən vətəndaş tərəfindən əlavə ödəmə nəzərdə tutulmur:

“Belə ki, sabit tarif məbləğ olaraq hazırda da istehlakçılartərəfindən mövcud istehlak tarifinin daxilində ödənilir. Bubaxımdan, sabit tarifin tətbiqinə tarif artımı olaraq deyil, mövcudistehlak tarifinin çəkilən xərclərin xarakterinə uyğun bir şəkildəstrukturlaşdırılması kimi baxılması daha doğru olar”.

Qurumdan sabit tarifin tətbiqində əhali və təsərrüfat obyektiarasında fərqlərin necə tənzimlənəcəyi məsələsi ilə bağlı deyilibki, bu məsələ dövlətin tarif siyasətinə uyğun olaraq bu sahədəsəlahiyyətli olan müvafiq dövlət qurumu tərəfindəntənzimlənəcək.

Əlavə edilib ki, sabit tarif bir qayda olaraq aylıq sabit ödənişkimi tətbiq olunur:

“Beynəlxalq təcrübədə olduğu kimi, sabit tarifin tarifdövrünə aid sabit xərclərin həcmindən asılı olaraq aylıq sabitödəniş formasında tətbiqi nəzərdə tutulur. Ötən tarif dövrü üçünapardığımız indikativ hesablamalara əsasən, sabit tarif ödənişininaylıq 1 manatdan (illik 12 manatdan) artıq olacağıgözlənilmir”.

Bundan əlavə, qeyd edilib ki, Azərbaycan Prezidentinin 2023-cüil 19 may tarixli 2143 nömrəli fərmanına əsasən, 2028-ci il 1 iyultarixinədək elektroenergetika sahəsində tariflərin tənzimlənməsiniTarif (qiymət) Şurası həyata keçirir.

Seçilən
62
3
az.trend.az

4Mənbələr