AZ

Sabiq deputat Xanhüseyn Kazımlı vəfat edib

Sabiq deputat Xanhüseyn Kazımlı 83 yaşında vəfat edib.

Xezerxeber.az bildirir ki, bu barədə onun yaxınları məlumat yayıblar.

Mərhum bu gün Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Xanhüseyn Kazımlı 1942-ci il oktyabrın 1-də İmişli rayonunun Ağaməmmədli kəndində doğulub.

1994-2023-cü illərdə Azərbaycan Sosial Rifah Partiyasına sədrlik edib. O, I, II, III, IV, V çağırış Milli Məclisin deputatı idi.

 

Seçilən
73
1
xezerxeber.az

10Mənbələr