10 milyon dollar avans müqabilində “Hachette Book Group” şirkəti Co Baydenin kitabının bütün dünyada yayılması hüququnu alıb. Keçmiş prezidenti sövdələşmədə “Creative Artists Agency” şirkəti təmsiıl edəcək.
“Əlyazmanın tamamlanma vaxtı və onun təbliği planları çox güman ki, keçmiş dövlət başçısının səhhətindən asılı olacaq”,- WSJ yazır.
![]() |
Niyə Bayden teledebatlarda Trampa uduzub? |
Co Baydenin oğlu Hanter Bayden isə keçən il Donald Trampa qarşı teledebatda atasının fəlakətli çıxışını “Ambien” yuxu dərmanı ilə əlaqələndirib.
Sahil İsgəndərov
AzVision.az