AZ

Si Tsinpin Aİ rəhbərliyini “düzgün strateji qərarlar” qəbul etməyə çağırıb

Çin Xalq Respublikasının sədri Si Cinpin Pekində Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayeni və Avropa Şurasının sədri Antoniu Koştanı qəbul edib…

Poliqon xəbər verir ki, görüş Çin parlamentinin binasında, Xalq Nümayəndələrinin Evində keçirilib

Si Tsinpin bildirib ki, Çin və Avropa İttifaqı (Aİ) liderləri qlobal dəyişikliklər fonunda uzaqgörənlik və məsuliyyət nümayiş etdirməli, eləcə də “düzgün strateji qərarlar” qəbul etməlidirlər.

Çin lideri bəyan edib ki, Çin-Aİ münasibətləri mühüm tarixi dönəmdədir. Onun fikrincə, tərəflər ikitərəfli əlaqələr zamanı qarşılıqlı hörmətə, ümumi mənafelərə əsaslanmalı və “fikir ayrılığı mövcud olsa belə”, ortaq məqamlar axtarmağa çalışmalıdırlar.

Çin lideri sabit Çin-Avropa münasibətlərinin qlobal ictimaiyyət üçün müəyyənlik yaradacağını düşünür: “Beynəlxalq vəziyyət nə qədər mürəkkəb və ciddi olsa, Çin və Avropa bir o qədər əlaqələrini gücləndirməli, qarşılıqlı etimadı dərinləşdirməlidirlər”, deyə Si Tsinpin vurğulayıb.

Qeyd edək ki, bu gün Pekində Çin-Aİ arasında 25-ci sammit keçiriləcək. Tədbirdə Çin Dövlət Şurasının sədri Li Syan da iştirak edəcək. Aİ rəhbərliyi sammitdə ikitərəfli münasibətlərlə yanaşı, Ukraynadakı hərbi münaqişəni də müzakirə etməyi planlaşdırır. Əvvəlcə sammitin iki gün davam etməsi nəzərdə tutulsa da, Çin XİN rəhbəri Van İ-nin Avropaya səfərindən sonra tədbirin müddəti qısaldılıb.

Poliqon.info

Seçilən
74
poliqon.info

1Mənbələr