Yevlaxda uzun müddətdir torpaq üstündə yaranmış mübahisə qanla bitib.
APA-nın yerli müxbirinin əldə etdiyi məlumata görə, rayonunun Malbinəsi kəndində 1957-ci il təvəllüdlü Rəsulov Əli Həsən oğlu 1985-ci il təvəllüdlü Mustafayev Ruslan Xanlar oğlunu tüfənglə qətlə yetirib.
Cinayət hadisəsini törətməkdə şübhəli bilinən Ə.Rəsulov saxlanılaraq istintaqa təhvil verilib.