Bu gün Azərbaycan çempionatının bürünc mükafatçısı "Araz-Naxçıvan" tarixində ilk dəfə avrokubok matçına çıxacaq.
Offsideplus.az xəbər verir ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Yunanıstanın "Aris" klubu ilə qarşılaşacaq.
Cütün favoriti "Aris" sayılsa da, bir çoxları komandamızın doğma divarlar arasında layiqli mübarizə aparacağını gözləyir.
UEFA Konfrans Liqasının, ikinci təsnifat mərhələsi
Birinci oyun
20:00 "Araz-Naxçıvan" - "Aris" (Yunanıstan)
Baş hakim: Andrey Kivulete (Rumıniya)
"Dalğa Arena" stadionu, Bakı