“Real”da yeni mövsüm 10 nömrəli formanın sahibi məlum olub.
Futbolpress.az xəbər verir ki, madridlilərdə bu formanı Kilian Mbappe geyinəcək. Fransalı hücumçu “X” hesabında “10” deyə paylaşım edərək formanın növbəti sahibi olduğunu qeyd edib.
“Real”ın bundan öncəki “10 nömrəsi” Luka Modriç idi. Xorvat yarımmüdafiəçi klubdan ayrılıb və “Milan”a keçib.