ABŞ-ın keçmiş prezidenti Cozef Bayden gələcəkdə yazacağı memuarlarının nəşr hüquqlarını 10 milyon ABŞ dolları qarşılığında satıb...
Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) məlumatlı mənbələrə istinadla xəbər verir.
Qəzetin mənbələrinin bildirdiyinə görə, eks-prezident memuarlarının hüquqlarını Hachette Book Group nəşriyyatına satıb. Nəşriyyat 10 milyon dollarlıq avans müqabilində Baydenin kitabının dünya üzrə yayım hüququnu əldə edib. Müqavilə şərtlərinin razılaşdırılması prosesində keçmiş prezidentin maraqlarını Creative Artists Agency təmsil edib.
WSJ memuarların nə vaxt tamamlanacağı və onların reklam kampaniyasının necə aparılacağı ilə bağlı məsələlərin əsasən Baydenin səhhətindən asılı olacağını vurğulayıb.
Poliqon.info