AZ

Cəlilabad meşələrində ağaclar kütləvi şəkildə kəsilir

CƏLİLABAD, 24 iyul. TELEQRAF

Cəlilabad meşələrində ağaclar kütləvi şəkildə kəsilir.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Cəlilabad meşəbəyliyinin Axtaxana kəndi ərazisində yerləşən 9-cu dolayda irigövdəli ağaclar kəsilib. Kəsilmiş ağacların üzərində quruma və ya xəstəlik əlaməti müşahidə olunmur.

Hadisə ilə bağlı fotoları rayonun Darluq kənd sakini Abidin Qurbanov çəkib. Onun sözlərinə görə, meşə sahəsində bu cür kəsilmiş irigövdəli ağacların sayı onlarladır. Kadrlardan da göründüyü kimi, ağaclar gövdədən kəsildikdən sonra yerindəcə doğranaraq oduncaq halına salınıb.

Seçilən
148
teleqraf.com

1Mənbələr