AZ

İsrail Parlamenti İordan çayının qərb sahilinin ilhaqına çağıran bəyannaməni qəbul edib

İsrailin parlamenti Knesset İordan çayının qərb sahilinin ilhaq edilməsinə çağıran qətnaməni qəbul edib...

Sənəddə İsrailin suverenliyinin Yəhudiya, Samariya və İordan vadisinə şamil olunması təklif olunur.

Poliqon xəbər verir ki, Qətnamənin lehinə 71 deputat, əleyhinə isə 17 deputat səs verib. The Jerusalem Post nəşrinin yazdığına görə, bu sənəd hüquqi qüvvəyə malik deyil və sadəcə deklarativ xarakter daşıyır.

İordan çayının qərb sahili, Qəzza zolağı ilə birlikdə, qismən tanınmış Fələstin Dövləti ərazisi hesab olunur. Fələstini BMT-yə üzv 193 ölkədən 147-si tanıyır. Lakin ərazidə real nəzarət parçalanmış vəziyyətdədir. Fələstin Milli İdarəsi qərb sahilinin yalnız təxminən 17 faizinə nəzarət edir, qalan hissə isə ya tam, ya da qismən İsrailin nəzarəti altındadır.

BMT-nin mövqeyinə əsasən, 1967-ci ildən bəri bu ərazilər İsrail tərəfindən işğal olunmuş sayılır. Lakin İsrail bu terminologiyanı qəbul etmir və sözügedən torpaqları mübahisəli sayaraq, bölgə ilə bağlı tarixi və dini bağlarını vurğulayır.

2024-cü ilin iyul ayında BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi qərar çıxararaq İsrailin qərb sahilindəki mövcudluğunu de-fakto ilhaq kimi tanıyıb. Həmçinin, məhkəmə bu bölgədəki israilli yaşayış məntəqələrinin beynəlxalq hüquqa zidd olduğunu təsdiqləyib. Buna baxmayaraq, İsrail hələlik qərb sahilinin rəsmi ilhaqını elan etməyib.

Poliqon.info

Seçilən
58
poliqon.info

1Mənbələr