AZ

Ukrayna Rusiyanın bu şəhərinə hücum etdi: Neft anbarı belə vuruldu

Ukrayna pilotsuz təyyarələri Siriusa hücum edib.

Publika.az xəbər verir ki, bu barədə Federal ərazi administrasiyasının rəhbəri Dmitri Plişkin bildirib. O, neft anbarının vurulduğunu deyib.

“Neft anbarı vuruldu. Zəhmət olmasa həmin ərazidə maşın sürməkdən və ya gəzməkdən çəkinin”, - Plişkin deyib.

Sirius federal ərazisində hava hücumundan müdafiə sistemlərinin səslərinin eşidildiyi də bildirilib. Plişkin məlumatı təsdiqləyib və sakinləri pəncərələrdən uzaqlaşıb qapalı məkanlara sığınmağa çağırıb.

Seçilən
82
publika.az

1Mənbələr