ABŞ Energetika Nazirliyinin məlumatına görə, ölkədəki kommersiya neft ehtiyatları bir həftə ərzində 3,2 milyon barel azalaraq iyulun 18-nə olan vəziyyətə görə 419 milyon barel təşkil edib. Bu göstərici ilin bu dövrü üçün son beş ilin orta səviyyəsindən 9% aşağıdır.
Bu barədə News24.az TASS-a istinadən xəbər verib.
Moskva vaxtı ilə saat 17:32-də (GMT ilə 14:32) Londonun ICE birjasında sentyabr ayı üzrə Brent markalı neftin fyuçers qiyməti 0,66% azalaraq bir barelə görə 68,22 dollar, WTI markalı neftin sentyabr tədarükü üzrə qiyməti isə 0,78% enərək 64,97 dollar olub.
Xeyrənsə Piriyeva