AZ

"Qarabağ"ın qələbəsi və "Zirə"nin heç-heçəsi Azərbaycana nə qazandırdı? - REYTİNQ

Avrokuboklarda 2-ci təsnifat mərhələsi start götürüb.

Fanat.Az-ın məlumatına görə, ilk görüşlərdən sonra ölkələrin UEFA reytinqi yenilənib.
 
Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilib. "Zirə" Konfrans Liqasında mübarizəyə heç-heçə ilə başlasa da, evdə "Hayduk"la (Xorvatiya) görüşdəki bərabərlik (1:1) ölkəmizin hesabına 0.125 əmsal əlavə olunub. Ardından isə Çempionlar Liqasında ölkəmizi təmsil edən "Qarabağ" maksimum nəticə əldə edib. Ağdamlılar İrlandiyada "Şelburn"u 3:0 məğlub edərək cütün taleyini böyük ölçüdə müəyyənləşdirməklə yanaşı, reytinqimizə də önəmli qazanc - 0.250 qazanc gətirib. 

Beləliklə, cari mövsümün qazancı 0.500-ə çatıb. Hazırda ölkəmizin əmsalı 17.625-ə bərabərdir.  Ancaq qitə sıralamasına 29-cu yerdə başlayan Azərbaycanın mövqeyi dəyişməz qalıb. 

 Azərbaycanın üst pillədəki qonşusu Ukraynanın hesabında 18.225, 30-cu yerdə olan Bolqarıstanın isə 16.625 xalı var.

 55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (90.839) başçılıq edir.  

Seçilən
64
fanat.az

1Mənbələr