AZ

Bezosun seçimi: “İstedad Allahdan, amma seçim səndən!”

Bezosun

Amazon-un qurucusu Jeff Bezos, həyatından və karyerasının dönüş nöqtələrindən danışaraq, hər kəsə ilham verəcək bir həyat fəlsəfəsini bölüşüb.O, karyerasının başlanğıcını belə xatırlayır:“Nyu-Yorkda maliyyə şirkətində çox ağıllı insanlarla işləyirdim. Rəhbərimə dedim ki, internet üzərindən kitab satan bir şirkət qurmaq istəyirəm. O məni Central Parkda uzun bir gəzintiyə çıxardı, diqqətlə qulaq asdı və dedi: ‘Bu, əla fikirdir, amma artıq yaxşı işi olmayan biri üçün daha da əla fikirdir.’”Bu dialoq Bezos üçün həyatının dönüş nöqtəsi olur. Çünki o, yalnız bir işə sahib olmağın yox, insanın öz "çağırışını tapmasının əhəmiyyətinə inanır.Bezos deyir ki, riskli yolu seçməkdən çəkinmədi, çünki uğursuzluğa görə peşman olmayacağını bilirdi. Amma heç sınamamaq – ömrü boyu onu içdən içə yeyə bilərdi.O dövrdə Bezos-a ilk inananlardan biri olan investor Dave Meltzer isə 25 il əvvəl yaşadığı bir anı belə bölüşür:“Jeff mənə dedi: ‘Dave, şirkətimə sərmayə qoy. Qarajımda bir kitabçı açacağam və bunu internet üzərindən edəcəyəm.’ O zamanlar 100 milyard dollar anlayışı belə yox idi. Və bu 26 yaşlı gənc iddia edirdi ki, bir qarajdan və internetdən istifadə edərək dünyanın ən varlı adamı olacaq.”“Fərq ondadır ki, biz ona gülürdük, o isə öz yolunun doğru olduğuna inandığı üçün artıq içindən alqışlayırdı.”Bezos-un fəlsəfəsinin mərkəzində bir həqiqət dayanır: “İstedadlar və seçimlər arasında fərq var.”“Sizə bəzi istedadlar verilir. Məsələn, riyaziyyatda çox yaxşı ola bilərsiniz. Amma onu inkişaf etdirmək üçün etdiyiniz məşq, çəkdiyiniz zəhmət seçimdir. İstedadlar sizə hədiyyədir, amma əsl qürur duyulası olan, etdiyiniz seçimlərdir.”Bezos-a görə hər kəs öz həyat hekayəsini öz qələmi ilə yaza bilər və bu hekayəni yönləndirən əsas qüvvə – verilən qərarlardır.Çıxışının sonunda isə dinləyicilərə həyatı dərin-dərin düşünməyə vadar edən suallar yönəldir:Sizi tənbəllikmi idarə edəcək, yoxsa ehtiraslarınız?Başqasının dogmalarını təqib edəcəksiniz, yoxsa öz yolunuzu seçəcəksiniz?Asan yolu seçəcəksiniz, yoxsa xidmət və macəra dolu həyatı?Tənqid qarşısında susacaqsınız, yoxsa inandığınız dəyərlərin arxasında duracaqsınız?Səhv etdiyinizdə özünüzü müdafiə edəcəksiniz, yoxsa üzr istəyəcəksiniz?Qorxudan geri çəkiləcəksiniz, yoxsa sevdiyiniz uğrunda risk alacaqsınız?İşlər çətinləşəndə tərk edəcəksiniz, yoxsa inadla davam edəcəksiniz?Acıdillimi olacaqsınız, yoxsa bir şeylər yaradan?Başqasına qarşı ağıllı görünüb qazanacaqsınız, yoxsa nəzakətli olmağı seçəcəksiniz?Sözlərinin sonunda isə belə deyir:“İndiki dövrdə yaşamaq bir ayrı imtiyazdır. Həyatınızı sıfırdan özünüz yazacaqsınız. Sizə verilmiş bu hədiyyələrlə nə edəcəksiniz? İstedadlarınızla mı, yoxsa seçimlərinizləmi fəxr edəcəksiniz?”Ulusum.az

Diqqət Çəkənlər

Şair İbrahim İlyaslı nələrdən danışdı? - REPORTAJ

Ana qəlbinə toxunan şəfalı əllər – bir ürəyə ümid, bir ailəyə sevinc - FOTO

Donald Trampın xüsusi elçisi Qəzzaya yola düşdü

Seçilən
85
ulusum.az

1Mənbələr