Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün 2-ci təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Sabah”la “Araz-Naxçıvan” da ilk matçlarına çıxacaqlar.
Əvvəlcə “Araz-Naxçıvan” doğma meydanda Yunanıstan təmsilçisi “Aris”lə münasibətlərinə aydınlıq gətirəcək. Mərdəkandakı “Dalğa Arena”da keçiriləcək görüşə saat 20:00-da start veriləcək. Oyunu Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.
“Sabah” isə Moldovanın “Petrokub” komandası ilə üz-üzə gələcək. Naxçıvan təmsilçisindən fərqli olaraq, paytaxt klubu bu rəqibi ilə səfərdə qarşılaşacaq. Oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. Bu görüşdə israilli hakimlər söz sahibi olacaqlar.
Təmsilçilərimiz bu rəqibləri ilə cavaba görüşünə gələn həftə çıxacaqlar.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
24 iyul
20:00. Araz-Naxçıvan – Aris
Hakimlər: Andrey Çivulete, Mirça Mihail Qriqori, Andrey Qabriel Konstantinesku, Radu Petresku (hamısı Rumıniya).
Mərdəkan. “Dalğa Arena”.
21:00. Petrokub – Sabah
Hakimlər: Qal Leiboviç, Omer Barbiro və Yossi Babayof, Dekel Zino (hamısı İsrail).
Kişinyov. “Zimbru” stadionu.