AZ

"44 gün-Tarixi zəfər" kitabının II və III cildi Qubada təqdim ediləcək


Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası iyulun 24-də Bəşir Səfəroğlu adına Quba Rayon Mədəniyyət Mərkəzində “44 gün – Tarixi zəfər” adlı kitabın II və III cildinin təqdimatını keçirəcək.Bu barədə baki-xeber.com-a redaksiyadan məlumat verilib.

Redaksiya 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxlərin adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə cildlik kitab üzərində çalışır. Kitabın artıq 1-ci,2-ci və 3-cü cildi işıq üzü görüb, 4-cü cild çapa hazırdır. Bu çoxcildlik ensiklopedik nəşrlər ictimai müstəvidə xüsusi rol oynayır.
Məlumat üçün bildirək ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin qayğısı və təşəbbüsü ilə yaradılmış, onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı insan resurslarını əbədiləşdirən tarixi sənəd, tarixlə cəmiyyət arasındakı həqiqətləri, müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik salnamədir. Bu missiyanı öz üzərinə götürərək Xatirə Kitabı Redaksiyası İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş şəxslər haqqında da əhatəli materiallar toplayaraq ayrı-ayrı kitablar dərc edir.
İradə SARIYEVA

Seçilən
81
baki-xeber.com

1Mənbələr