AZ

Fransada 1945 ci ildən bəri ilk dəfə demoqrafik azalma qeydə alınıb

ain.az bildirir, Oxu.az portalına istinadən.

2025-ci ilin may ayında Fransada İkinci Dünya Müharibəsindən sonra ilk demoqrafik azalma qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Le Figaro" nəşrinə istinadla məlumat verilib.

İqtisadçı Fransua Geerolfun Fransa Milli Statistika və Statistik Tədqiqatlar İnstitutunun (INSEE) məlumatlarına əsaslanaraq topladığı informasiyaya görə, 2024-cü ilin mayından 2025-ci ilin mayına qədər ölkədə 650 min doğuşa qarşı 651 min ölüm qeydə alınıb.

INSEE-nin məlumatına görə, Fransada əmək qabiliyyətli yaşda olan insanların sayı 2040-cı ilə qədər bir qədər artmağa davam edəcək, daha sonra isə azalmağa başlayacaq və 2070-ci ilə qədər 29 milyon nəfərə qədər enəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
oxu.az

1Mənbələr