AZ

Bayden memuarının çap hüququnu satıb

Bayden

ABŞ-nın sabiq prezidenti Co Bayden öz xatirələrini nəşr etmək hüququnu 10 milyon dollara “Hachette Book Group”-a satıb.

Reyting.az
xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Qəzetin yazdığına görə, Bayden sövdələşmədə “Creative Artists Agency” istedad agentliyi tərəfindən təmsil olunub.

Kitabın yazılması və nəşrinin vaxtı 82 yaşlı eks-prezidentin ovqatından və sağlamlığından asılı olacaq.

V. QULİYEV
Seçilən
120
reyting.az

1Mənbələr