AZ

​"Fənərbaxça" və "Qalatasaray"ın istədiyi Çalhanoğlu seçimini etdi

"Fənərbaxça" və "Qalatasaray"la adı hallanan Hakan Çalhanoğlu karyerası ilə bağlı açıqlama verib. Metbuat.az xəbər verir ki, o, barəsində səslənən transfer iddialarına reaksiya verib. Futbolçu “İnter”də qalmaq istədiyini ifadə edib. Hakan Çalhanoğlu, "Mən "İnter"in oyunçusuyam və həmişə burada davam etmək istədiyimi demişəm" - deyə bildirib.

Qeyd edək ki, "Fənərbaxça"nın Hakan Çalhanoğlu ilə danışıqlar apardığı və futbolçunun transferə razılıq verdiyi barədə iddialar dərc edilmişdi.

Seçilən
11
1
metbuat.az

2Mənbələr